Suriyada xüsusi təyinatlılardan ibarət qrup son 5 gündə 46 terrorçunu zərərsizləşdirib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Hələbdəki mənbəni əsas götürərək yazıb.
Onların arasında 11 qruplaşma rəhbəri olub.
Bildirilir ki, zərərsizləşdirilən başçılardan biri "Cəbhət fəth aş-Şam (Cəbhət ən-Nüsra) terror təşkilatında yeni üzvlərin cəlb olunmasına cavabdeh olan Əbu əl-Valid əl-Xanidir. Zərərsizləşdirilən terrorçu və səhra komandirləri "Cəbhət fəth aş-Şam, "Axrar aş-Şam və "Axrar al-Muxadjerin qruplaşmalarının üzvləridir.