İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskinin (Caniyevin) Azərbaycana gətirilməsi ilə bağlı bütün sənədlər hazırlanıb və onun yaxınlarına təhvil verilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.
Məlumata görə, artıq cənazənin Azərbaycana gətirilməsi üçün hava limanında sənədləşmə aparılır.
Rövşən Lənkəranskinin cənazəsi doğulduğu Lənkəran rayonuna gətiriləcək.