İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb.
Unikal.org NTV telekanalına istinadən xəbər verir ki, bu ilkə "Rio-2016" Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb.
İranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək, 57 kq çəki dərəcəsində bürüncü mükafat qazanıb.
Qeyd edək ki, Kimyə Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub.