Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs Gürcüstanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, o, Zuqdidi vilayəti üzrə deputat seçilmək üçün "Vahid Milli Hərəkat partiyasından seçkilərə qatılacaq. Keçmiş birinci xanımın namizədliyini partiyanın lideri David Bakradze də dəstəkləyib.
Gürcüstandan parlament seçkiləri bu il oktyabrın 8-də baş tutacaq.