Rusiyanın təhsil naziri Dmitri Livanov tezliklə istefaya gedəcək.

Unikal.org axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı RBK agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
Qeyd edək ki, Livanov 2012-ci ildə təhsil naziri təyin edilib. O, Rusiya hakimiyyətində ən qeyri-populyar nazir hesab edilir.
Livanov bir müddət öncə Çeçenistana etdiyi səfərlə də məşhurdur. Nazir bu səfər zamanı Kadırovun istəyi ilə dağ çaylarından birində üzmüşdü.