Avqustun 19-də Elazığ, İzmir və Ədirnə də daxil olmaqla Türkiyənin müxtəlif şəhərlərində "Terrora lənət" şüarı altında yürüş-mitinqlər təşkil olunub.
Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, mitinqlərdə şəhid ailələri, PKK tərəfindən övladları dağlara qaçırılan valideynlər, terrorçular tərəfindən müxtəlif şəkildə zərər çəkən insanlar adından şüarlar səsləndirilib.
Türkiyənin nəhəng bayrağı ilə küçə və meydanlara çıxan insanlar ölkədə terror aktlarını törədənləri və onları dəstəkləyənləri lənətləyiblər.