Tovuzda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tovuz rayonu, İbrahimhacılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və evə bitişik talvar 60 m2 sahədə yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.