Ukraynanın prezidenti Pyotr Poroşenkonun Xarkova gəlişi münasibətilə yerli icra hakimiyyəti şəhər filarmoniyasının ətrafının asfalt örtüyünü qara rənglə rəngləməyə başlayıb.
Unikal.org avtosfer.az-a istinadən bildirir ki, bu barədə "Qromadske" telekanalı məlumat verib.
Videoçarxda görünür ki, fəhlələr boz rəngdə olan köhnə asfaltı qara rənglə rəngləyirlər. Müxbirin "nə üçün asvaltı rəngləyirsiz?" sualına fəhlələr: "Bizə deyiblər, rəngləyin, biz də rəngləyirik", - cavabını veriblər.