ABŞ Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki qərərgahının sədri Paul Manafort istefa verib.
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, Manafort Ukraynadakı siyasi partiyaya lobbiçilik etməsinə dair məlumatlara etiraz olaraq istefa verib.
Donald Tramp Manafortun onun seçki kampaniyasındakı işini yüksək qiymətləndirib və onu əsl peşəkar adlandırıb.
Manafort 2004-2010-cu illərdə keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun "Regionlar partiyası"nın seçkiqabağı kampaniyasının müşaviri olub.
Ukraynanın milli antikorrupsiya bürosu Manaforta 12,7 milyon dollar ödənilməsi barədə sənədlər aşkar edib.
ABŞ qanunları lobbiçilərin xarici agent kimi qeydiyyatdan keçməsini tələb etsə də, Manafort tələbə əməl etməyib.