"İran Rusiyadan "S-400" zenit-raket kompleksi almağı planlaşdırmır".
Unikal.org "Report"a istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi İrana "S-400" almağı təklif edib: "Ancaq onu əldə etməyi planlaşdırmırıq".
Nazir həmçinin deyib ki, Rusiyadan aldıqları "S-300" zenit-raket kompleksinin əsas hissələri İrana gətirilib: "Kompleksin qalan hissələrinin növbəti aylarda tədarük olunacağına ümid edirəm".