Yasamalda evin eyvanı yandı.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 53 m2 olan 2 otaqlı mənzilin eyvanında 3 m2 sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 10:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.