İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 61 nəfər müraciət edib.
Unikal.org-un məlumatına görə, stansiyanın baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 21 nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.