Rusiyada bank yarılıb.

Unikal.org "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü axşam baş verib.

Avqustun 20-də saat 18.45 radələrində Moskvadakı "Xoum kredit" Bankına naməlum şəxs gəlib. Mühafizəçini tapança ilə təhdid edən həmin şəxs bankın seyfindən 21 milyon rubl götürərək aradan çıxıb.