Türkiyənin Qaziantep şəhərində toy mərasimində baş verən partlayışın görüntüləri yayılıb.
Unikal.org xəbər verir ki, videodan partlayışın mərasimin ən qızğın anında törədildiyi müşahidə olunur.
Partlayış baş verən kimi zalda çaxnaşma yaranıb, qonaqlar hara qaçacaqlarını bilməyiblər. Həmçinin müəssisənin çıxışı dar olduğundan, insanların təxliyə olunmasında bəzi çətinliklər yaranıb.
Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Bombanı terrorçu-kamikadzenin işə saldığı ehtimal edilir.