ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır.
Unikal.org xəbər verir ki, apa-nın "Reutersə istinadən xəbər verir ki, bunu Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer deyib.
FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib.
Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib.
Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır.