Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının istismara başlanılmasından etibarən 74 milyard kubmetr qaz və 19 milyon ton kondensat hasil edilib.

Unikal.org-un məlumatına görə, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə SOCAR-ın yay məktəbinin açılışında deyib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon ton kondensat qiymətləndirilir.