Narkotik maddə istifadə etməkdə günahlandırılan və 6 il 3 ay müddətində azadlıqdan məhrum edilən müğənni Deniz Seki həbsxanadan məktub yazıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu yaxınlarda 38 min məhbusun azadlığa çıxması üçün imzalanan əfv sərəncamında adı yer almayan D.Seki yaşadıqlarını düşündükcə dəli olmağa başladığını yazıb.

"Nə olar səsimi eşidin. 2 ildir ədəbimlə cəzamı çəkirəm. Bəs bu niyə gözə alınmadı? Hardadır haqq-ədalət? Mənimlə bağlı cinayət işinə yenidən baxılması üçün nə qədər cəhd etdim alınmadı. Mənim istəyimi geri çevirənlərin yarısı FETÖ-cü çıxdı və onlar da həbsxanadadırlar. Əlimdən heç nə gəlmir.

Qeyd edək ki, D.Sekinin 2017-ci ildə azadlığa çıxması gözlənilir.