Avqustun 23-də Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb.
Unikal.org FHN-ə istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. Mərhumun meyidi aidiyyati üzrə təhvil verilib.