"Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis kapitanı Elşad Əmirovun istitaq zamanı yol verdiyi nöqsanlara görə məsuliyyətə cəlb olunmasını təlb edirəm .

Bu fikirləri Unikal.org-a Qobustan rayon Qaracüzlü kənd sakini 1968-ci il təvəllüdlü Kamal Nəbi oğlu Kamilov deyib. 



Onun sözlərinə görə, qardaşı oğlu Fərhad Haqverdi oğlu Kamilovun həyatını itirdiyi avtomobil qəzası ilə bağlı istintaq işinin gedişatında Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Elşad Əmirov və Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-kimya şöbəsinin ekspert kimyaçısı Gülnarə Abdullayeva ciddi şəkildə qanun pozuntularına yol veriblər: "Bu ilin may ayının 9-da yaşadığı qəsəbədəki tanışı Süleymanov Şirxan Elxan oğlu qardaşım oğlu Kamilov Fərhad Haqverdi oğlundan onunla birgə Sumqayıta gedib-gəlməyini xahiş edib. Qayıdarkən Şirxan sərxoş olub və idarə etdiyi "Kia-Rio markalı 90-KG-914 dövlət nömrə nişanlı avtomobillə qarşıdan gələn yük maşınına dəyərək qəza törədib. Nəticədə qardaşım oğlu Kamilov Fərhad dünyasını dəyişib. Üç uşağı başsız qalıb. Əldə etdiyim məlumatalara görə Şirxan narkotik maddə istifadəçisidir.
O istintaqa ifadəsində "Tırın onun üzərinə gəldiyini bildirib. "Tır şoferi isə ifadəsində qeyd edib ki, Şirxanın idarə etdiyi avtomobil bir necə dəfə sağa-sola hərəkət edərək onun üzərinə gəlib. "Tır hətta öz getdiyi ikizolaqlı yolu boşaldıb ki, Şirxan keçib getsin. Yəni ikizolaqlı yol tam olaraq Şirxanın ixtiyarında olub. Buna baxmayaraq qəza baş verib.



Mərhumun əmisinin dediklərinə görə, Şirxan Süleymanov bundan əvvəl də dəfələrlə qəza törətməsinə baxmayaraq hələ də cəzalandırılmayıb: "Şirxanın dəfələrlə avtoqəza törətməsi, hətta iki il bundan qabaq Vüqar adlı bir şəxsi maşınla vurub öldürməsi gizlədilib. Müstəntiq Elşad Əmirov mənə deyir ki, iz yoxdur. Mən də deyirəm, izi Siz özünüz itirmisiniz.

Kamal Kamilov ekspertizanın da nəticəsindən şikayətçidir: "Şirxanın narkotik maddə qəbul edib-etməməsinin ekspert tərəfindən yoxlanılnması zamanı ciddi qanun pozuntusu olub. Kimyaçı-ekspert Gülnarə Abdullayeva istintaqa verdiyi ekspertiza sənədindən qeyd edir ki, ekspertiza üçün göndərilən qan nümunəsi kifayət qədər olmadığından Şirxan Süleymanovun narkotik maddə qəbul etməsini təsdiqləmək mümkün olmayıb. Sual yaranır ki, qan niyə az miqdarda göndərilib? Əgər az göndərilibsə, niyə bu qan nümunəsi yoxlamaq üçün qəbul edilib?



Müsahibimiz müstəntiq Elşad Əmirovla bağlı ölkə başçısına və hüquq -hühafizə orqanlarına rəsmi şikayət göndərdiyini vurğulayıb: "Baş Dövlət Yol Polisinin Təhqiqat və İstintaq şöbəsinin müstəntiqi polis mayoru Elşad Əmirovun istintaq zamanı yol verdiyi qanunsuzluqlar və onun məsuliyyətə cəlb edilməsi ilə bağlı ölkə başçlsı cənab İlham Əliyevə, Baş porokuror Zakir Qaralova və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Mədət Quliyevə müraciət etmişəm. Müstəntiq Elşad Əmirovun istintaq zamanı bu dərəcədə qanunsuzluqlara yol verməsi onu deməyə əsas verir ki, bu adam ya külli miqdarda rüşvət alıb ya da, mövcud iqtidarı devirmək istəyən qüvvələrlə sıx əlaqədədir. Müraciətlərimə hələki cavab verilməyib. Bundan əlavə Daxili İşlər Naziri cənab Ramil Usubova Şirxan Süleymanovun narkotik satan şəbəkə ilə əlaqəsinin olması barədə əldə etdiyim məlumatı göndərmişəm. Hazırda iş Qaradağ rayon Məhkməsinə göndərilib. Lakin işin istintaqı bizi qane etmir və yenidən obyektiv araşdırılma üçün ibtidai istintaqa qaytarılmasını tələb edirik.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq...