Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

Unikal.org bu barədə report-a istinadən məlumat verir.

Məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.