Bakıda
qiyməti milyon manatlarla ölçülən evlər satışa çıxarılıb. Bu ay ərzində satışa
çıxarılan milyonluq evlərin qiyməti isə dodaq uçuqladacaq qədər bahadır.
Unikal.org olaraq satışa çıxarılan evləri siyahı üzrə təqdim edirik.
Bakının Səbail rayonunda Port Baku -nun 22- ci mərtəbəsində yerləşən mənzil 2.900.000 manata satışa çıxarılıb. Satışa çıxarılan mənzil 6 otaq, 398 m.kvadratdır.
Bakının Xətai rayonunda yerləşən Park Azurun 20 -ci mərtəbəsində dəyəri 3.000.000 manat ölçülən ev satışa çıxarılıb. Mənzil 1041 m.kvadratdır və satıcı tərəfindən verilən məlumata görə sözügedən mənzil dəyərindən çox ucuz satılır.
Bakının
Nəsimi rayonunda yerləşən yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən evin
4.500.000 manata satışı çıxarılıb. Satışa çıxarılan mənzil 1000 m.kvadratdır.
Sözügedən mənzil 28 may metrosunun yaxınlığında yerləşdiyi üçün digərlərindən
baha hesab olunur.
Bakının
istənilən ərazizində Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Səbail, Nizami, Xətai,
Abşeron rayonlarının ərazisind həmçinin Xırdalan, Sumqayıt şəhərində 1, 2, 3, 4
bloklu hündür mərtəbəli binalar tikmək üçün paket sənədlər satışa
çıxarılıb. Əlavə olaraq 25 sotdan 80
sota qədər hündür mərtəbəli binalar tikmək üçün torpaq sahələri də satışa çıxarılıb.
Sözügedən paket və torpaq sahəsi 8.500.000 manata satışa çıxarılıb.
İqtisadçılar
hesab edir ki, bu kimi evlər və ya villalar neft qiymətlərinin dünya bazarında
yüksək qiymətə olduğu zamanlara təsadüf edir. Yəni, dövlət büdcəsindən müxtəlif
yollarla əldə edilmiş, mənimsənilmiş villardır. Araşdırma aparsaq görərik ki,
sözügedən villaların sahibləri dövlət vəzifəsində çalışan məmurlardır.
Həmçinin
bu kimi evlərin ödənişi, tam məbləğ olaraq bankla edilməsi isə alıcının
üstünlüyüdür. Çünki, bu kimi villaların məbləğinin yarısı bank, digər yarısı isə
paket olaraq ödənilir. Bankla ödənilən məbləğ rəsmləşdirilsə də, paket olaraq
ödənilən məbləğ rəsmiləşdirilmir. Bu zaman isə alıcı evin məbləğini ödədikdən
sonra satıcının ( yaxud alıcının) qanunvericiliyə görə 6 ay müddətində müqaviləni
ləğv etmə imkanı var. Bu zaman isə alıcı şəxs digər qara yollarla ödədiyi vəsaiti
qanuni olaraq satıcıdan tələb edə bilmir, çünki ödənilən məbləğ rəsmiləşdirilməyib.