Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

Unikal.org Report-a istinadən xəbərinə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilib.

Bundan başqa, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəsib Məmmədov Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə rəis təyin edilib.