Mədəniyyət və Turizm Nazirliyi İsmayıllı rayonunun Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Unikal.org-un məlumatına görə, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Oxu.Az-a bildirib ki, Lahıc qəsəbəsində şort geyməyin qadağan edilməsi ilə bağlı yayılan şəkil 2013-cü ilə aiddir.
Onun sözlərinə görə, 2013-cü ildə elə bu məsələ ilə bağlı İsmayıllı rayonunun Lahıc bələdiyyəsinin üzvü işdən çıxarılıb.