Amerikalı müğənni Mariah Keri və nişanlısı Ceyms Paker evdə musiqi dinləyərkən mübahisə düşüb.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb nişanlısının Beyonsun "Crazy in love mahnısını qoşması olub.
Beyonsun səsini eşidən Mariah özündən çıxıb və kompüteri pəncərədən çölə atıb. O, evdə özündən başqa müğənninin səsini eşitmək istəmədiyini deyib.
Qeyd edək ki, 47 yaşlı Mariah və 49 yaşlı Ceyms bu ilin yanvarında nişanlanıblar.