Azərbaycanın birinci xanımı,Heydər ƏliyevFondunun prezidentiMehriban ƏliyevaBolqarıstanın "Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı" seçilib.

Unikal.org Trend-ə istinadın xəbər verir ki, bu barədə Veliko Tırnovo icmasının saytında yerləşdirilmiş məlumatda deyilir.

Şəhər meri Daniel Panovun Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi haqqında təklifi bu gün keçirilmiş təntənəli iclasda yekdilliklə qəbul edilib.

Birinci xanımMehriban Əliyevaya fəxri vətəndaş adı Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunması və təşviqində böyük töhfəsi və iştirakına görə verilib.