Məşhur "Paramparça serialı İsveçin "SVT2 kanalında efirə gedəcək.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, "Endemol Shine Türkiye şirkətinin çəkdiyi bu film daha öncə 50-dən çox ölkədə yayımlanıb.

"Paramparça serialı İsveçdə "Förvaxlingen (Qarışıqlıq) adı ilə təqdim olunacaq. Ekran işi 20 həftə ərzində həftə içi hər gün, ümumilikdə 100 seriya yayımlanacaq.

Qeyd edək ki, 2014-cü ilin 1 dekabrından etibarən çəkilən serial, hazırda 3-cü mövsümünə hazırlaşır. Geridə qalan 2 mövsümdə 88 seriya efirə gedib.