Məşhur komediya ustası və aktyor Cem Yılmaz, aktyor dostu Ozan Güvənlə birlikdə Bodrumda əyləncə mərkəzlərindən birində istirahət ediblər.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bir müddət sonra səhnəyə çıxan dostlar öz məharətlərini nümayiş etdiriblər.
Cem Yılmaz bateri çalıb, Ozan Güvən isə mikrofonu əlinə alaraq oxumağa başlayıb. O, Barış Mançonun "Aynal Kəmər mahnısını ifa edib.
Qeyd edək ki, C.Yılmazın adı son günlər Ebru Şallı ilə eşq yaşadığı iddiaları ilə gündəmdədir.