Dünya bazarında neft ucuzlaşıb.
Unikal.org xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,03 dollar azalaraq 47,30 dollar təşkil edib.
İCE London qitələrarası birjasında "Brent markalı neftin 1 barrelinin dəyəri 0,10 dollar ucuzlaşaraq 49,57 dollar olub.
Azərbaycan neftinin qiyməti isə artmaqda davam edir. "Azəri layt markalı neftin 1 barrelinin qiyməti 1,83% artaraq 50,72 dollar təşkil edib.