"Hazırda bütün işçilər istirahətdədir. Biz yeni iş yeri axtarmırıq. Çünki ANS-in birdəfəlik bağlandığına inanmırıq".
Unikal.org bildirir ki, bu sözləri axsam.az- açıqlamasında aparıcı Elgiz Əkbər deyib.
Aparıcı bildirib ki, başqa telekanala işə getmək haqda düşünmür:
"Hamı işləməlidir. Amma məncə çox az ANS işçisi özünə başqa yerdə iş axtarır. Mən nə hansısa kanaldan təklif almağı, nə də özüm harasa getməyi düşünmürəm. Hələ heç bir rəsmi məlumatda deyilmir ki, ANS birdəfəlik bağlandı. Kanalın bütün işçiləri ANS-in yenidən fəaliyyətə başlayacağına inanır. Bu məqamda başqa yerdə iş axtarmaq yersizdir. Rəhbərlik bizə deməyib ki, gedin başınıza çarə qılın. Deyilsə, belə ANS-də işləyən hamı peşəkardır, işsiz qalmaz. Bizim ümidimiz böyükdür. ANS açılacaq, bu kanal xalqa lazımdır. "ANS yoxdur" düşünmək belə insanda dəhşət yaradır".