"Xəzər" telekanalında "Cehizsiz gəlinlər" adlı yeni serial yayımlanacaq. 

Unikal.org axsam.az-a istinadən bildirir ki, dram janrında olan ekran işi həftədə bir dəfə efirə gedəcək. 

Serialda rol alan aktrisa Cəmilə Tağızadə söhbətində ekran işi ilə bağlı məlumat verib. 

O bildirib ki, filmdə dörd bacıdan birini canlandırır:

"Serial ailə-məişət mövzusundadır. Hər bir ailədə baş verə biləcək hadisələrdən bəhs edilir. Baş rejissor Rüfət Şahbazovdur. İkinci rejissor isə Vüsal Məmmədovdur. 

Serialda dörd bacı, 1 qardaşıq. Mənimlə yanaşı aktrisalar Günay Əhməd, Rumiyə və hamının tanıdığı balaca Nuray rol alıb. 

Bir çox tanınmış aktyorlar da ekran işində çəkilir".

C.Tağızadə 1 il ərzində heç bir serialda rol almayacağını bildirib:

"Rəhbərliklə 1 illik müqavilə imzalamışıq. 1 il ərzində bundan başqa heç bir serialda çəkilə bilmərik".