Nazirlər Kabineti Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması ilə əlaqədar bəzi qərarlarında dəyişikliklər edib.
Unikal.org xəbər verir ki, bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.
Qərarda bildirilir:
1. Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 33-1-ci hissəsinin birinci abzasında "maliyyə monitorinqi xidmətinə sözləri "maliyyə monitorinqi orqanına sözləri ilə əvəz edilsin.
2. Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının 6-cı hissəsində "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin.
3. Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 5.11-ci bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı ilə təsdiq edilmiş "İpoteka kağızının dövlət qeydiyyatı Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2-ci bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
4.2. mətn üzrə ismin müvafiq hallarında "QKDK sözləri ismin müvafiq hallarında "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 iyul tarixli 112 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və 1-ci hissəsində "Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin;
5.2. həmin qərarla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma forması üzrə:
5.2.1. 1-ci və 2-ci hissələrdə "Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin;
5.2.2. 2-6-cı hissələrdə ismin müvafiq hallarında "Maliyyə Monitorinqi Xidməti sözləri ismin müvafiq hallarında "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
5.3. həmin formaya əlavə - "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə Azərbaycan Respublikasına gətirilən və ya Azərbaycan Respublikasından çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasının Nümunəsinin adında "Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 567) ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydasında aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissədə "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) sözləri "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası) sözləri ilə əvəz edilsin;
6.2. 5-ci və 6-cı (hər iki halda) hissələrdə ismin müvafiq hallarında "Maliyyə Monitorinqi Xidməti sözləri ismin müvafiq hallarında "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
6.3. 7-ci hissənin ikinci cümləsində "Maliyyə Monitorinqi sözləri "maliyyə monitorinqi sözləri ilə əvəz edilsin və həmin hissənin mətnindən sonra aşağıdakı məzmunda "Qeyd əlavə edilsin:
"Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər..
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 6, maddə 568) ilə təsdiq edilmiş "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydasında aşağıdakı dəyişiklik edilsin:
7.1. 1-ci hissənin 4-cü bəndində "Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
7.2. 1-ci hissənin 4-cü, 2-ci hissənin 6-cı, 10-cu, 3-cü hissənin 12-ci, 13-cü bəndlərində, 4-cü hissənin 16-cı bəndinin ikinci cümləsində, 5-ci hissənin 18-ci bəndinin ikinci abzasında, 20-ci bəndinin birinci cümləsində, 21-ci bəndində, 6-cı hissənin 26-cı bəndində, 28-ci bəndinin birinci və ikinci cümlələrində ismin müvafiq hallarında "Maliyyə Monitorinqi Xidməti sözləri ismin müvafiq hallarında "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
7.3. 6-cı hissənin 28-ci bəndindən sonra aşağıdakı məzmunda "Qeyd əlavə edilsin:
"Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər..
8. "Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, N 7, maddə 708; 2014, N 2, maddə 201; 2016, N 5, maddə 955) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 2-ci hissədə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin;
8.2. həmin qərarla təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydaları üzrə:
8.2.1. 4.2.5-ci yarımbəndində "Mərkəzi Bankının sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasının sözləri ilə əvəz edilsin;
8.2.2. 5-ci hissənin mətnindən sonra aşağıdakı məzmunda "Qeyd əlavə edilsin:
"Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər..
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:
9.1. 13.2-ci bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin;
9.2. 13.3-cü bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydalarında aşağıdakı dəyişikliklər edilsin:
10.1. 6.2-ci bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatasına sözləri ilə əvəz edilsin;
10.2. 6.3-cü bənddə "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin.
11. "Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli 118 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
11.1. 1-ci hissəyə "Bankı, sözündən sonra "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, sözləri əlavə edilsin;
11.2. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Beynəlxalq metodologiyaya uyğun olaraq ölkənin icmal xarici borcu və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Dövlət Neft Fondu və mərkəzi icra hakimiyyəti orqanları arasında vəzifə bölgüsünün "İcraçılar sütununun 4.3-cü, 4.6-cı və 10.5-ci bəndlərində "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin;
11.3. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "İcmal xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması üzrə məlumatların təşkilatlararası mübadiləsi cədvəlinin "Məlumatları göndərən sütununun 9-cu və 10-cu hissələrində "Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası sözləri ilə əvəz edilsin.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 11, maddə 1066) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydasında aşağıdakı dəyişikliklər edilsin:
12.1. 2.4-cü bənd ləğv edilsin;
12.2. 4.2-ci bənddən sonra aşağıdakı məzmunda "Qeyd əlavə edilsin:
"Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamənin 2.6-1-ci bəndinə uyğun edilə bilər..