Müğənni Lətifə Soyuözün ailəsinin dağılmasından danışıb. Unikal.org bildirir ki, tanınmış müğəni Axşam.az-a müsahibəsində ailənin dağımasına baxmayaraq uşaqları üçün görüşdüklərini deyib:
"Keçmiş həyat yoldaşım yaxşı insandır. Hər kəs səhv edir. O da bir səhv etmiş olar. 7 il bir yerdə yaşamışıq. Bacardığımız yerə qədər münasibətimizi davam etdirdik. Qərar verdik ki, bir-birimizə zərər vermədən ayrılaq. O da xoşbəxt olmağa layiqli adamdır. İnşallah ikimiz də xoşbəxtliyimizi taparıq.
Bizim bir övladımız var. Ona görə görüşməyimiz mütləqdir. Uşaq haqqında məhkəmə olmasına imkan vermədim. Buna yaxşı baxmıram. "Övladını həftədə bir gün görsün kimi məhdudiyyət yoxdur. Həm uşaq, həm də valideyn uşağı istədiyi qədər görə, vaxt keçirə bilər. Biz düşmən olaraq ayrılmamışıq.