Türkiyə vətəndaşı olan kişilər və xanımların ən çox hansı ölkənin vətəndaşları ilə ailə həyatı qurması ilə bağlı maraqlı statistika açıqlanıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, 2015-ci ildə xarici kürəkən və gəlin sayı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 22 380 min nəfərə çatıb.
2014-ci ildə 3 min 403 nəfər, 2015-ci ildə 4,8 artaraq 3 min 566 nəfər Türkiyə vətəndaşı olan xanımlar xarici ölkələrdən olan kişilərlə ailə həyatı qurub.
Həmçinin 2014-cü ildə 16 min 866, 2015-ci ildə 18 min 814 nəfər xarici ölkə vətəndaşı olan xanımlar Türkiyə vətəndaşı olan kişilərlə ailə həyatı qurub.
Türklər ən çox 2015-ci ildə üç ölkənin vətəndaşları ilə ailə həyatı qurublar. Bunlardan birici yer Suriya, 2-ci yer Almaniya, 3-cü yer isə Azərbaycandır.
Türk kişilərə ərə gedən əcnəbi xanımların ölkələr üzrə statıstikası belədir:
Suriya-3 min 569 nəfər
Almaniya-2 min 695
Azərbaycanlı-1653 nəfər
Rusiya-1522
Ukrayna-1126
Digər sıralamada Özbəkistan, Gürcüstan və digər ölkələrin vətəndaşları yer alır.