Rusiyalı balerina Anastasiya Voloçkova azərbaycanlı biznesmenə 40 min dollar qarşılığında intim münasibət təklif etməsi haqda xəbərlərə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, bütün bunları təxribat və yalan adlandırıb:
"Bu, cəfəngiyyatdır. Bir şey demək istəyirəm: mən uğurumu, gözəlliyimi, azadlığımı qurban vermək istəmirəm. Çünki yaraşıqlı kişilər mənim ayaqlarım altında hədiyyələrlə, "Maybax"la, qucaq dolu güllərlə növbəyə durublar ki, mənimlə görüşsünlər. Bütün bu yalanları isə şərh etmək niyyətində deyiləm".
Qeyd edək ki, bu haqda xəbəri Rusiyada əyləncələr təşkil edən agentliyin rəhbəri Dmitri Tulyaninov yaymışdı. O bildirib ki, azərbaycanlı biznesmen "Ulduzla şam yeməyi" layihəsi çərçivəsində agentliyə müraciət edib. İş adamı 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib və sifariş qəbul olunub. Lakin sonda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib. İş adamı bu təkliflə razılaşıb və avans ödəyib.
Daha sonra Anastasiya Voloçkova oteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.