Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yeddi aviaşirkətin Azərbaycan şəhərlərinə uçuşlarına verilmiş icazələrini geri götürüb.

Unikal.org  Trend-ə istinadən verdiyi məlumata görə, söhbət "Koqalımavia, "Yamal, "Saratov hava yolları, "YuTeyr, "İjavia, "Taymır və "VİM-AVİA şirkətlərindən gedir.

Buna səbəb kimi həmin şirkətlərin icazə aldıqdan sonra Azərbaycana uçuşlar həyata keçirməməsi olub.