Manatın kursunda qeyri-müəyyənlik davam etməkdədir. Ölkədəki banklar bir həftədən çoxdur ki, dollar satışını dayandırıb. Manatın taleyindəki qeyri-müəyyənlik artıq xarici ölkələrdə də özünü biruzə verməyə başlayıb.

Unikal.org moderator.az-a istinadən bildirir ki, Türkiyədə yaşayan həmyerlimiz Hüseyn Qurbanovun dediyinə görə, o, bu səhər manatı Türkiyə lirəsinə çevirmək istəsə də İstanbuldakı exchangelər manat qəbul etməkdən imtina ediblər. Exchange əməkdaşları bildiriblər ki, onlar hətta 1 manatı 1 TL-yə belə dəyişməyəcəklər. Hazırda Türkiyədə rəsmi məzənnəyə görə isə 1 manatın 1.8 TL dir.

Qeyd edək ki, cəmi bir il bundan öncə 1 manat 3.5 TL idi. Belə davam edəcəyi halda Azərbaycan manatı dünyada ən sürətlə ucuzlaşan valyuta kimi Ginnesin rekordlar kitabına düşəcək...