Türkiyədə dəhşətli yol qəzası baş verib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Adıyaman vilayətinin Gölbaşı rayonunun Karaburun kəndi yaxınlığında sərnişin avtobusu ilə mikroavtobus toqquşub.
Qəza nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan 5-nin durumu ağırdır.