Braziliyanın Rio şəhərində keçirilən Olimpiya oyunlarından sonra Qvineyanın 2 idmançısı yoxa çıxıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, yarışa 5 idmançı ilə qatılan Afrika ölkəsinin yığmasının bayraqdarı Amadou Kamara ilə Mamadama Banqoura oyunların bitməsi ilə olimpiya kəndini tərk edib. Onların Braziliyada qalaraq mühacir statusu almaq istədiyi bildirilir.
Qvineya Olimpiya Komitəsinin üzvü Atef Coloub deyib k, idmançıların harda olmasından xəbərləri yoxdur və yarışlar başa çatan kimi hər iki idmançı naməlum yerə qaçıb.
Qeyd edək ki, ilk dəfə deyil ki, afrikalı idmançılar ölkələrinə qayıtmaqdan imtina edir. 4 il əvvəl Londonda keçirilən yarışlardan sonra Kamerun, Eritreya, Qvineya və Kot Divuardan bir çox idmançılar vətənlərinə qayıtmaqdan imina etmişdi.