"İndiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində üzvləri hansısa dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan dini icma qeydiyyatdan keçməyib. Dövlət Komitəsi hər hansı dini cərəyanı yox, dini icmaları qeydiyyata alır.

Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

G. İsmayılov deyib ki, indiyə qədər üzvləri nurçulardan ibarət hər hansı dini icma qeydiyyatdan keçməyib: "Biz artıq 2009-cu ildən nurçuluğa aid dini ədəbiyyatın ölkəyə kütləvi şəkildə ixracına, idxalına, çapına məhdudiyyət qoymuşuq.


Gündüz İsmayılov bu gün "Dini radikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib ki,  21-ci əsr olmasına baxmayaraq, xurafatla mübarizənin aparılması bu gün cəmiyyətimiz üçün aktual olan məsələdir.


O qeyd edib ki, həm xurafat, həm də dini radikalizm cəmiyyət üçün çox zərərlidir: "DQİDK-nın dini radikalizmlə mübarizədəki əsas fəaliyyət xətti ideoloji istiqamətdir. İkinci xətt isə inzibati tədbirlərdir. Biz inzibati tədbirləri hüquq-mühafizə orqanları ilə birgə həyata keçiririk. Hesab edirik ki, hər iki istiqamət üzrə mübarizə tədbirləri xurafatçılıqla da həyata keçirilməlidir. Bu məsələlərdə bizə dini icmalarla yanaşı, mətbuat da yaxından kömək etməlidir".

Onun sözlərinə görə, əgər din pərdəsi altında qadın hüquqlarına təhdidlər, erkən nikahla bağlı problemlər varsa, eyni zamanda dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən də olsa, çıxışlar varsa, komitə bunları da xurafatla mübarizə çərçivəsində nəzərdə tutduğu məsələlərə aid edir: "Mirzə Fətəli Axundov, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə kimi maarifçi ziyalılarımız həmişə dinə qarşı deyil, xurafata qarşı mübarizə aparıblar. Təəssüf ki, bu gün həmin dövrlə müqayisədə ziyalılarımız xurafata qarşı daha zəif mübarizə aparırlar".


Həsən Babayev