Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

Unikal.org-un Report-a istinadən məlumatına görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.
Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.