Ötən gün axşam saatlarında rayonun Daşbulaq kənd sakini 2008-ci il təvəllüdlü Novruzov Nihad Samir oğlu küçədə oynayarkən sahibsiz itin hücumuna məruz qalıb.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, sağ ayağının sarğı nahiyəsinin it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən azyaşlıya dərhal quduzluq əleyhinə peyvənd vurulub və lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.