Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara
Nəzarət Dövlət Xidməti Azərbaycanda qiymətli metallardan və qiymətli
daşlardan olan zərgərlik və digər məişət məmulatlarının istehsalçıları
və satışı ilə məşğul olanlara müraciət edib.
Nazirlikdən
unikal.org-a verilən məlumata görə, "Qiymətli metallar və qiymətli daşlar haqqında
qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri
tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan
qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər
məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.
"Qeyd
edilənlərlə əlaqədar, Azərbaycanda istehsal edilmiş və xaricdən satış
məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini,
ekspertizasını, əyarlanması və damğalanmasını təmin etmək məqsədilə
həmin məmulatların Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli
Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur, - deyə
müraciətdə bildirilib.
Qeyd edək ki, Prezident İlham
Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə "Lisenziya və icazələr
haqqında qanun təsdiq edilib. Həmin qanunun 3 nömrəli əlavəsində
"Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısının 70-ci bəndinə
əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən
zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr
növünə aid edilib.
Nazirlikdən bildirilib ki, əks
halda "Qiymətli metallar və qiymətli daşlar haqqinda Azərbaycan
Respublikası Qanununun 20.3-cü bəndinə əsasən dövlət əyar damğalarını
saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar
damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına
görə, İnzibati Xətalar və Cinayət Məcəllələri ilə müəyyən edilmiş
qaydada məsuliyyət yaranır.
Qeyd edək ki, Maliyyə
Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət
Xidməti Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və
qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi,
dövriyyəsi uçotu və saxlanılması sahəsində dövlət nəzarətinin həyata
keçirən icra hakimiyyəti orqanıdır.
Nazirlikdən qızıl satışı ilə məşğul olanlara — Müraciət
18:59 29-08-2016
İQTİSADİYYAT
Digər Xəbərlər
2024-11-26 12:56:00
2024-11-26 12:14:36
2024-11-26 11:38:28
2024-11-26 09:40:08
2024-11-26 09:18:00
2024-11-26 09:14:41
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02