Müğənni Kənan Doğulu Bodrum konsertində pis vəziyyətə düşüb.
Unikal.org axsam.az-a istinadən məlumatına görə, məşhur müğənninin konsertinə olan diqqətsizlik hər kəsi təəccübləndirib.
Antik teatrda baş tutan gecədə oturacaqların yarıdan çoxu boş qalıb. Doğulunu dinləyənlər arasında Demet Akalın, Ege və Yeliz Yeşilmen kimi tanınmışlar olub.
Boş yerlərin diqqət çəkdiyi konsertdə Kənan "Bir neçə gündür konserti ləğv edək deyə düşündük, amma qarşınızdayıq. Həyatı saxlamaq olmaz" deyərək alqış qazanıb.