Göyçay rayonunda qəbristanlıq ərazisi yanıb.

 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçayın Potu kəndi ərazisində yerləşən qəbristanlıqda qeydə alınıb.

 

Kənd sakinləri qəbiristanlıqda təmizlik işləri görüb, dünyasını dəyişən insanların məzarının ətrafındakı kol-kosu və quru otları təmizləyib yandırarkən ehtiyatsızlıq ediblər. Küləkli havada yandırılan xırda ocaqlar nəzarətsiz buraxıldığı üçün alov qısa vaxtda geniş ərazini əhatə edib.

       

Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kənd qəbristanlığının bir hektar ərazisində quru ot, kol-kos, güllər və həmişəyaşıl ağaclar yanaraq tələf olub. Yanğınsöndürənlər alovun daha da genişlənməsinin qarşısını alıblar və yaxınlıqdakı evlər, yardımçı tikililər yanğından mühafizə edilib.

 

Faktla bağlı araşdırma aprılır.