Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi "MTZ-80 markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi "VAZ-2106 markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüb.

Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi "VAZ-2106 markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.