Bakıdan Qəbələ istiqamətində hərəkət edən sərnişin avtobusu İsmayıllı rayonu ərazisində qəzaya uğrayıb.

Unikal.org  azvision.az-a istinadən bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, sərnişin avtobusu yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, 2 nəfər hadisə yerində keçinib. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hələlik ölən və yaralıların dəqiq sayı bilinmir.