ATV-də yayımlanan "ATV Maqazin onlarla" verilişində Azər Axşam uğursuz birinci ailə həyatından və 18 yaşlı oğlundan danışdı:
"Valideynlərimiz razı deyildilər. Atamın imkanı olmadığı üçün toy edə bilmədim. 18 yaşında Cavidan adlı oğlum var. Xaricdə olduğu üçün görüşə bilmirəm".
Unikal.org atv.az-a istinadən bildirir ki, birinci evliliyi uğursuz nəticələnən Azər ikinci dəfə ailə qurub. O, dayısı qızı ilə evlənib. Xoşbəxt olduğunu bildirən Azər ikinci evliliyindən də danışıb: "Qohum kimi görüşürdük. O zaman birinci ailəmlə ayrılmaq ərəfəsində idik. 12 yaş fərqimiz var. Bacısının toyunda görüb, bəyəndim. Qısa zamanda evləndim".
Azər Axşam təhsilli qadınları bəyəndiyini bildirib: "Təhsilli qadın həyat yoldaşını daha yaxşı anlayır. Xanımın işləməyini bəyənirəm. Həyat yoldaşından ancaq sevgidə asılı olsun. Ailəni saxlayan qadın məhəbbətidir. Kişi dənizə düşən qayıq kimidir, külək vurdu, apardı, apardı".