İsmayıllı-Muğanlı yolunda nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Ölkə.Az-a istinadən xəbər verir ki, bu gecə saat 11 radələrində İsmayıllı-Muğanlı yolunda, Ağsu çayının yaxınlığında avtoqəza baş verib. İçərisində turistlərin olduğu bildirilən 90VX672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 16 nəfər müxtəlif bədən xəsarəti alıb.

Mikroavtobusda olanların hamısı ərəb turistlər oldub.

Hadisə yerinə təcili-tibii yardım maşınları cəlb edilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

***
Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.