Xəbər verdiyimiz kimi müğənni Naşide Göktürk bir ildir ağciyər xərçənginə görə xəstəxanada müalicə alırdı.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 51 yaşlı müğənni edilən bütün müalicələrə baxmayaraq xəstəliyə qalib gələ bilməyib.
Bu gün Bakı vaxtı ilə 18:30 radələrində ifaçının ölüm xəbəri yayılıb
Müğənni Niran Ünsal Tvitterdəki hesabından acı xəbəri paylaşıb:
"Can dostum Naşide Göktürkü itirdik. Məkanı Cənnət olsun. Allahdan rəhmət diləyirəm.
Qeyd edək ki, şair, bəstəkar və müğənni olan N.Göktürk 1 aprel 1965-ci ildə doğulub. Onun 6 albomu və 7 kitabı var.