Bakının Yasamal rayonu ərazisində cinayət hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Gülnar Hüseynovaya məxsus gözəllik salonundan 1 ədəd noutbuk və 2 ədəd mobil telefon oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şabran rayon sakini Nurlan Əliyev tutulub.

Nurlan Əliyevdən 0,162 qram heroin götürülüb.